Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Şərqşünaslıq İnstitutunda rəhbər heyətin Mülki Müdafiə məşğələləri keçirildi

AMEA Şərqşünaslıq İnstitutunda rəhbər heyətin Mülki Müdafiə məşğələləri keçirildi

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 2014-cü il Mülki Müdafiə (MM) tədbirləri planına müvafiq olaraq rəhbər heyətin MM məşğələləri keçirildi.

AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin iştirak etdiyi tədbirdə giriş sözü ilə institutun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev çıxış edərək gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Tədbirdə institutun MM qərargah rəisi Namiq Abdullayev “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda çıxış etdi.

Sonra institutun “Mərkəzi Asiya və Uzaq Şərq ölkələri” şöbəsini müdiri Rafiq Abbasov əleyhqazdan istifadə olunma qaydasını nümayiş etdirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: