Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Naxçıvan Bölməsində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi
18.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

AMEA Naxçıvan Bölməsində Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

 

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışdı. Gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini bildirən akademik bölmənin gənc kadrlarının müxtəlif beynəlxalq konfranslarda, qrant layihələrdə və proqramlarda uğurla iştirak etdiyini vurğuladı.

 

AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qəbul olunmuş qərarı diqqətə catdıran akademik İ.Hacıyev şuranın yaradılmasının əhəmiyyətindən, məqsəd və vəzifələrindən danışdı.

 

İclasda cıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycanda müasir dövrün aparıcı qüvvəsi olan gənc kadrların potensialından istifadə etməyin vacibliyindən söz açdılar. Şuranın gənclərin daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacağına əminliyini ifadə etdilər.

 

Sonra səsvermə yolu ilə bölmənin Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər üzv seçildilər. Tərkibi 5 nəfərdən ibarət olan şuranın sədri filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə, sədr müavini iqtisadiyyat üzrə fəlsəfə doktoru Cavadxan Qasımov, katibi kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova təsdiq olundu.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: