Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alimlərin elmi fəaliyyəti “Mədəniyyət” kanalında nümayiş etdirilib
14.07.2020 11:33
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlərin elmi fəaliyyəti “Mədəniyyət” kanalında nümayiş etdirilib

“Mədəniyyət” kanalında AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun gənc alimləri, coğrafiya üzrə fəlsəfə doktorları Zaur İmrani və Natavan Cəfərovanın iqtisadi coğrafiya sahəsində elmi fəaliyyətlərindən bəhs edən “Dəryada damla” verilişinin növbəti buraxılışı yayımlanıb.

Coğrafiyaçı alimlər dünya iqtisadiyyatının aparıcı sahələrindən biri olan iqtisadi coğrafiyanın tarixi, iqtisadiyyatın inkişafındakı önəmli rolu, əsas fəaliyyət istiqamətləri, bu sahədə tanınmış alimlər, iqtisadi coğrafiya elminin öyrənilməsinin əhəmiyyəti və s. haqqında məlumat veriblər.

Bildirilib ki, dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edən və təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələri öyrənən iqtisadi coğrafiyaçılar Azərbaycan ərazisində yaşayan etnik qrupların yaşayışının, adət-ənənələrinin öyrənilməsində regional siyasətə istinad edirlər.

Qeyd olunub ki, N.Cəfərova və Z.İmrani Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmaqla əldə etdikləri bilik və bacarıqlarını tələbələrə aşılayır, coğrafiyanı onlara daha da sevdirirlər. Alimlərin hər ikisi müxtəlif beynəlxalq layihələrdə yaxından iştirak edir, yüksək indeksli nüfuzlu jurnallarda elmi məqalələr çap etdirir, kitab və dərsliklər hazırlayırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: