Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərbaycan – möcüzəli Odlar yurdu” sərgisinə hazırlıq işləri
19.11.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan – möcüzəli Odlar yurdu” sərgisinə hazırlıq işləri

Çexiya Milli Muzeyi və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin sıx əməkdaşlığı nəticəsində, çoxlu sayda zəngin eksponatlardan ibarət ilk dəfə “Azərbaycan – möcüzəli Odlar yurdu” adlı böyük sərginin təşkili işlərinə başlanılıb.

Sərgi noyabrın 28-dən 2015-ci il fevralın 15-dək Praqa şəhərində Çexiya Milli Muzeyi – Asiya, Afrika və Amerika Mədəniyyətləri Naprstek muzeyində nümayiş olunacaq.

Sərgidə Tarix muzeyindən 250 və Çexiya muzeylərindən Azərbaycana aid 50 eksponat nümayiş olunacaq. Onların arasında mis qablar, zinət əşyaları, sikkələr, tətbiqi sənət nümunələri, musiqi alətləri, silahlar və ən maraqlı Azərbaycan xalçaları təqdim ediləcək.

Sərgidə Azərbaycan dövlətinin zəngin tarixi və qədim ənənələri də nümayiş olunacaq.

Azərbaycan tərəfindən, sərginin rəhbəri və müəllifi muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Çexiya tərəfindən sərginin təşkilatçısı Pavlina Vogelovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: