Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

ADHTİ-nin doktorant və dissertantları üçün maarifləndirici vebinar keçirilib
13.07.2020 12:35
  • A-
  • A
  • A+

ADHTİ-nin doktorant və dissertantları üçün maarifləndirici vebinar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna (ADHTİ) 2020-ci ildə qəbul olunmuş doktorant və dissertantlar üçün maarifləndirici vebinar keçirilib.

Şuranın elmi katibi, Azərbaycan Tibb Universitetinin (ATU) II Cərrahi xəstəliklər kafedrasının dosenti, t.e.d. Rasim Cəfərlinin moderatorluğu ilə keçirilən onlayn tədbirdə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlara tədqiqat işlərinin hazırlanması, mövzuların seçilməsi, annotasiyaların tərtibatı barədə məlumat verilib.

İclasda qeyd olunub ki, doktorant və dissertantlar tibb üzrə müəyyən edilmiş prioritet istiqamətlər, annotasiyaların yazılma qaydalarını əks etdirən nümunələr, eləcə də aktual mövzulara dair müvafiq metodik vəsaitlərlə AMEA-nın rəsmi veb-saytı vasitəsilə tanış ola bilərlər.

Müzakirələrdə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, tibb elmlər doktoru, dosent Rasim Cəfərli və digərləri iştirak edərək doktorantlara müvafiq tövsiyələr verib, onların suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: