Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev: “Koronavirus pandemiyası institutun elmi fəaliyyətinə mane olmamalıdır”
13.07.2020 12:11
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: “Koronavirus pandemiyası institutun elmi fəaliyyətinə mane olmamalıdır”

Bu fikirləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AzScienceNet elm-kompüter şəbəkəsinin İdarəetmə Şurasının onlayn iclasında səsləndirib.

Alim rəhbərlik etdiyi qurumun koronavirus pandemiyası dövründəki fəaliyyətindən danışıb. Bildirib ki, həm AMEA, həm də İnformasiya Texnologiyaları İnstitutu pandemiyanın qarşısının alınması məqsədilə dövlət tərəfindən həyata keçirilən bütün təcili və təxirəsalınmaz tədbirləri dəstəkləyir.

“Koronavirus pandemiyası institutun elmi fəaliyyətinə mane olmamalıdır”, – deyən akademik R.Əliquliyev xüsusi karantin rejiminin elan oldunduğu gündən etibarən rəhbərlik etdiyi qurumda idarəetmə məsələlərinin onlayn rejimdə uğurla həyata keçirildiyini, internet üzərindən iclas və elmi seminarların təşkil oldunduğunu bildirib.  

Qeyd edib ki, hər bir əməkdaş dövlətin qarşısında duran vəzifələrin icrasında fəal iştirak etməli, mövcud problemlərin həlli istiqamətində öz səylərini birləşdirməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: