Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Nəbatat Bağı və Əkinçilik Elmi-Tədqiqat İnstitutu birgə elmi-tədqiqat işləri həyata keçirir
13.07.2020 11:39
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağı və Əkinçilik Elmi-Tədqiqat İnstitutu birgə elmi-tədqiqat işləri həyata keçirir

AMEA-nın Mərkəzi Nəbatat Bağı ilə AR Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında birgə tədqiqat işləri həyata keçirilir.

Tədqiqat obyekti olaraq qiymətli dərman bitkilərindən olan gülxətmi (Alcea L.) və bədrənc (Melissa L.) cinslərinə daxil olan növlər araşdırılıb.

Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Quliyeva, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə və elmi işçi Günay Məmmədova tərəfindən Əkinçilik İnstitutunun nəzdindəki laboratoriyalarda müasir metod və avadanlıqların köməyi ilə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış iqtisadi əhəmiyyətli bitki materiallarının biokimyəvi tərkibi tədqiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: