Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə “Azərkosmos" ASC arasında əməkdaşlıq imkanları müzakirə olunub
10.07.2020 11:11
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə “Azərkosmos" ASC arasında əməkdaşlıq imkanları müzakirə olunub

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə “Azərkosmos" ASC-nin nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, aparıcı elmi işçi Sahib Şükürov, “Azərkosmos" ASC-nin əməkdaşları Nail Mərdanov və Mehman Rzayev iştirak ediblər.

Onlayn görüş zamanı iki qurum arasında əməkdaşlıq imkanları, Azərbaycan ərazisində kosmik şəkillər əsasında səhralaşma prosesinin öyrənilməsi məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: