Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
18.11.2014 00:00
  • A-
  • A
  • A+

“Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AMEA Folklor İnstitutu, Tərtər rayon İcra Hakimiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Tərtər şəhərində “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Öncə Qarabağa məxsus xalq oyun və tamaşalarından nümunələr təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov konfransın elmi və ictimai əhəmiyyətindən, aktuallığından söz açıb. Natiq sərhəd bölgəsi olan Tərtər rayonunda keçirilən tədbirin ABŞ, Rusiya, İran və Orta Asiyadan gəlmiş tədqiqatçı-alimlər üçün xüsusi maraq kəsb etdiyini vurğulayıb.

Sonra çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ, onun folkloru, etnoqrasiyası, tarixi ilə bağlı tədbirlərin təşkilinin zəruriliyini qeyd edib.

Tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, şair-publisist, ictimai xadim Qənbər Şəmşiroğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, professorAnna Oldfield və başqaları türk xalqlarına məxsus aşıq sənəti, ümümtürk folklorunun təbliğ olunduğu Beynəlxalq konfransın önəmliyini vurğulayıblar.

Sonda 4 bölmədə 50-yə yaxın müxtəlif mövzuları əhatə edən elmi məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: