Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlyazmalar İnstitutu haqqında məlumat Almaniyada nəşr olunmuş kitaba daxil edilib
08.07.2020 10:11
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu haqqında məlumat Almaniyada nəşr olunmuş kitaba daxil edilib

Almaniyanın paytaxtı Berlində tədqiqatçı jurnalistlər Filin von Ofeln, Frank Şüttiq və Holqar Kretşmarın “Azərbaycan: Bakı, Qafqaz və Xəzər dənizi ilə” adlı kitabı işıq üzü görüb.

Kitabda Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyası haqqında məlumatlar yer alıb.

Müəlliflər qədim və müasir Bakını alman oxucusuna daha yaxından tanıtmaq məqsədilə şəhərin bir çox tarixi abidələri, tanınmış binaları, muzey və elmi-tədqiqat müəssisələri, o cümlədən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu barədə ətraflı məlumat toplayaraq kitaba əlavə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: