Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə məruzə edib
07.07.2020 12:56
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə məruzə edib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işçisi Yetər Babaşova “Yaşıl kimya yay məktəbi – 2020” (Green Chemistry Postgraduate Summer School - 2020) adlı beynəlxalq tədbirdə məruzə ilə çıxış edib.

Pandemiya səbəbindən onlayn təşkil olunan və iyulun 10-dək davam edəcək tədbirdə Turkiyə, İtaliya, İngiltərə, Çin, Rusiya, Meksika, Brazilya, Pakistan, Hindistan, Polşa və digər ölkələrdən 200 namizəd iştirak edir.

Tədbir “IUPAC” (International Union of Pure and Applied Chemistry) və Venesiya Kafoskari Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, daha əvvəl bu tədbirin Venesiyada keçirilməsi planlaşdırılmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: