Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

MBBİ-nin direktor müavini “ATV” kanalında koronavirusdan qorunma yollarına dair çıxış edib
06.07.2020 15:21
  • A-
  • A
  • A+

MBBİ-nin direktor müavini “ATV” kanalında koronavirusdan qorunma yollarına dair çıxış edib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov “ATV Qərargah” verilişinin qonağı olub.

Ə.Məmmədov əvvəlcə koronavirus (COVID-19) pandemiyası haqqında məlumat verərək, bu virusdan qorunma yolları və onun zəncirvari yayılma ehtimalının qarşısını almaq üçün həyata keçirilməli olan tədbirlərdən bəhs edib. O, virusa yoluxan insanlarda orqanizmin ilk gündən xəstəliklə mübarizə aparmağa başladığını bildirib, yoluxma prosesinin istiqamətlərindən danışıb. Alimin sözlərinə görə, virus orqanizmə daxil olduqda orqanizmin oksigenlə təchizatının azalması, başqa sözlə, hormonal, immun statusda müəyyən pozulmalar müşahidə oluna bilər və insanın hüceyrə genomunda pozulmalar nəticəsində mutasiya baş verə bilər.

Daha sonra Ə.Məmmədov evdə müalicə alan xəstənin yaxınlarının evin daxilində maskadan istifadəsinin, şəxsi gigiyena qaydalarına riayət etmələrinin və xəstənin istifadə etdiyi bütün şəxsi əşyalarının ayrı saxlanılmasının zəruriliyindən danışıb. Qeyd edib ki, bu yolla COVID-19-un zəncirvari yayılmasının qarşısını almaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: