Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Əlyazmalar İnstitutunda sabiq direktor Məmməd Adilovun 60 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
18.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Əlyazmalar İnstitutunda sabiq direktor Məmməd Adilovun 60 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Bu gün AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli filoloq-alim, institutun sabiq direktoru, fil.ü.e.d., professor Məmməd Adilovun 60 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. İclası giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya elmləri doktoru Paşa Kərimov Məmməd Adilovun həyat və yaradıcılığı, elmi irsi, elmi-təşkilati fəaliyyəti barədə məlumat verib.

 

Tədbirdə çıxış edən elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev, filologiya üzrə elmlər doktorları Möhsün Nağısoylu, Kamandar Şərifli, Nəsib Göyüşov, Azadə Musayeva, filologiya üzrə fəlsəfə doktorları Mehri Məmmədova, İmaməddin Zəkiyev və başqaları görkəmli alimlə bağlı xatirələrini bölüşmüşlər.

 

Sonda M.Adilovun ailəsi adından, fəlsəfə doktoru Vasif Adilov Əlyazmalar İnstitutunun rəhbərliyinə, kollektivinə minnətdarlığını bildirmişdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: