Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunda magistrantların yay imtahan sessiyası keçirilir
06.07.2020 11:09
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda magistrantların yay imtahan sessiyası keçirilir

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli sərəncamına əsasən, I kursda təhsil alan magistrantların iyunun 15-dən iyulun 15-dək yay imtahan sessiyası keçirilir.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda imtahanlar 3, 6, 9, 10, 13 və 14 iyul tarixlərinə təyin edilib. Pandemiya şəraiti ilə əlaqədar olaraq imtahanlar “Zoom” və “Skype” proqramları vasitəsilə onlayn rejimdə keçirilir.

İnstitutda “Riyaziyyat” ixtisası üzrə 2, “Kömpüter elmləri” ixtisası üzrə 6, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2 magistrant sessiya imtahanlarında iştirak edir.

İlk imtahanlar 3 iyul tarixində “Riyaziyyat” ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Saqif Hüseynovun tədris etdiyi “Tam ədədli proqramlaşdırma məsələləri” fənnindən və “Kompüter elmləri” ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elxan Səbziyevin tədris etdiyi “İdarəetmə obyektlərinin və sistemlərinin riyazi modelləşdirilməsi” fənnindən keçirilib.

Qeyd edək ki, imtahanda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: