Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların onlayn imtahanları davam edir
06.07.2020 10:51
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların onlayn imtahanları davam edir

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir.

"Molekulyar biologiya" ixtisasından Proteomiks kursu, "Biokimya" ixtisasından Bioenergetika kursu, "Biotexnologiya" ixtisasından Tibbi biotexnologiya kursu üzrə “Zoom” platforması üzərindən onlayn imtahanlar keçirilib.

İmtahanlarda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: