Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnstitutun Şəki Elmi Tədqiqat Bazasında bir sıra bitkilərin xalq seleksiya sortlarının genefondu yaradılıb
03.07.2020 14:41
  • A-
  • A
  • A+

İnstitutun Şəki Elmi Tədqiqat Bazasında bir sıra bitkilərin xalq seleksiya sortlarının genefondu yaradılıb

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu-Şamaxı, Şamaxı-Qobustan ərazilərində geniş yayılan meyvə bitkiləri – alma, armud, heyva, zoğal, əzgil, gilas, alça, göyəm, gavalı, ərik, şaftalının xalq seleksiya sortları toplanılıb və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasında onların genefondu yaradılıb.

Qeyd edək ki, aşkar olunan xalq seleksiyası sortlarının biomorfoloji göstəriciləri qeyd olunur, GPS vasitəsilə koordinatları təyin edilir və onlardan peyvənd üçün qələm götürülür. Hər bir sort haqqında tərtib edilmiş qeydiyyat vərəqində onların biomorfoloji göstəriciləri də qeyd edilir.

Bazanın tinglik sahəsində toplanmış qələmlərdən müvafiq cırlar üzərində peyvəndlər aparılır və onların normal inkişafı üçün bütün aqrotexniki tədbirlər görülür.

Genofond bağında əkilən sortlar üzərində mütəmadi olaraq fenoloji müşahidələr aparılır, onların böyümə dinamikası, gövdəsinin diametri, çiçəkləməsi, meyvənin əmələ gəlməsi və s. kimi fenoloji fazalarının qeydiyyatı həyata keçirilir.

Bazada toplanmış sortlar haqqında məlumatlar Genetik Ehtiyatlar İnstitutunun Mərkəzi Məlumat Bazasına da daxil edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: