Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cəmiyyət və informasiya: nəzəri-siyasi aspektlər və təcrübə” kitabı çapdan çıxıb
03.07.2020 12:12
  • A-
  • A
  • A+

“Cəmiyyət və informasiya: nəzəri-siyasi aspektlər və təcrübə” kitabı çapdan çıxıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazovun “Cəmiyyət və informasiya: nəzəri-siyasi aspektlər və təcrübə” adlı kitabı nəşr edilib.

Kitabda Azərbaycanın informasiya sahəsində dövlət siyasətinin vəzifə və xüsusiyyətləri şərh olunur, cəmiyyətin informasiyalaşmasına təsir edən amillər nəzərdən keçirilir, dövlət informasiya siyasətinin həyata keçirilməsində medianın rolu araşdırılır.

Təqdim edilən toplunun əsas qayəsini vahid ideya ətrafında müasir cəmiyyətdə dövlət informasiya siyasətinin ən müxtəlif aspektlərinin təhlili, onun müxtəlif institutlarla qarşılıqlı əlaqəsi, eləcə də hüquqi tənzimetmə aparatının müəyyənləşdirilməsi, rəqəmsallaşma, qloballaşma, diversifikasiya və modernləşmə kimi paradiqmal proseslərin fonunda vətəndaş cəmiyyəti, həmçinin informasiya cəmiyyəti kimi meqaideyaların təşəkkülü və onların informasiya siyasəti ilə bağlılığı məsələlərinin öyrənilməsi təşkil edir.

Kitabın elmi məsləhətçisi professor Hikmət Babaoğlu, elmi redaktoru professor Rəna Mirzəzadə, rəyçiləri fəlsəfə üzrə elmlər doktoru, professor İzzət Rüstəmov və siyasi elmlər doktoru Vüqar Rəhimzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: