Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirusu məhv edən robot yaradılıb
03.07.2020 10:19
  • A-
  • A
  • A+

Koronavirusu məhv edən robot yaradılıb

Bəhreyndə koronavirus və digər mikroorqanizmləri məhv edən robot hazırlanıb.

lenta.ru saytının məlumatına görə, on iki dildə danışan robot bədən temperaturunu ölçür, səsli komandalara reaksiya verir və xəstələrin sifətinin tanınması texnologiyasından istifadə edir.

Qurğu virusa qısadalğalı ultrabənövşəyi şüalandırma ilə təsir göstərir. Onun 30 dəqiqə ərzində bütün mikroorqanizmlərin 90 faizini öldürərək onların membranını məhv etməsi nəticəsində orqanizmlərin DNT-si parçalanır. Bununla yanaşı, qurğunun işığı insan hüceyrələrinə zərər verə biləcəyindən virusların məhv edilməsi zamanı otaqda insanlar olmamalıdır.

Şərqi İngiltərə Universitetinin professoru Pol Hanterin sözlərinə görə, ultrabənövşəyi şüa əksər viruslarla effektiv mübarizə apardığından onun “SARS-CoV-2” koronavirusunu deaktivasiya etməsi təəccüb doğurmur.

Hazırda robotun sənaye şəraitində sınaqları keçirilir. Artıq Bəhreynin tibb müəssisələrində istifadə üçün iki robot istehsal olunub.

  • Paylaş: