www.science.az
14.11.2014 00:00

Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Noyabrın 18-də saat 11:00-da AMEA Fəlsəfə və Hüquq İnstitutunda Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda azərbaycanlı alimlərlə yanaşı, misirli, mərakeşli və fransız tədqiqatçılar da məruzə ilə çıxış edəcəklər. Məruzələr fəlsəfə və mənəviyyat, əxlaq və insan təbiəti, fəlsəfi prinsiplər gələcəyin oriyentirləri kimi, multikulturalizm və dialoq fəlsəfəsi konteksində tolerantlıq, fəlsəfənin birləşdirici və nizamlayıcı funksiyaları, Fransada gənclər və fəlsəfə, Misirdə fəlsəfi tədqiqatlar və s. mövzuları əhatə edəcək.

Tədbirdə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə bağlı çıxışlar da dinləniləcək.

Qeyd edək ki, Beynəlxalq Fəlsəfə Günü YUNESKO-nun 2002-ci ildə qəbul etdiyi qərarla ənənəvi olaraq noyabrın üçüncü həftəsində təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.