Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya ilə Dendrologiya institutları birgə tədqiqatlar aparacaq
01.07.2020 11:20
  • A-
  • A
  • A+

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya ilə Dendrologiya institutları birgə tədqiqatlar aparacaq

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və elmi müəssisənin bir qrup əməkdaşı Dendrologiya İnstitutunda olub.

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla keçirilən görüşdə gələcəkdə birgə çoxsaylı innovativ layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

Görüşdə birgə tədqiqatlar zamanı ekzotların təbiiləşməsində yerli bitki qruplaşmalarının transformasiyası ilə bağlı olan ağac bitkilərinin introduksiyasının ekoloji nəticələrinin qiymətləndirilməsinin və müasir elmi innovativ yeniliklərdən istifadənin zəruriliyi vurğulanıb.

Daha sonra qonaqlar institutun Bitki ekologiyası laboratoriyasında aparılan tədqiqat işləri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: