www.science.az
14.11.2014 00:00

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Türkiyədə keçirilmiş tədbirdə iştirak edib

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov İstanbul 29 Mayıs Universitetində keçirilmiş “Sivilizasiya və mədəniyyət” mövzusunda konfransda iştirak edib.

Tədbirdə Kant sonrası fəlsəfədə sivilizasiya və mədəniyyət məsələlərində klassik fikirləri təhlil edən S.Xəlilov mövcud vəziyyətdə problemə yeni fəlsəfi yanaşmanın işlənib hazırlanması zərurətindən bəhs edib. Azərbaycanlı alim bu sahədə araşdırmalarının nəticəsi olaraq yeni kulturoloji konsepsiya irəli sürüb. S.Xəlilovun təqdim etdiyi bu yanaşma tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Dr.Tahsin Görgür çıxış edərək sivilizasiya və mədəniyyət probleminə dair yeni konsepsiyanın Türkiyədə nəşr olunması zəruriliyini vurğulayıb, universitetin rəhbərliyi adından Azərbaycan filosofuna təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.