Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Prezident nümunəsi və mənəvi məsuliyyətimiz
01.07.2020 10:01
  • A-
  • A
  • A+

Prezident nümunəsi və mənəvi məsuliyyətimiz

Qlobal böhrana çevrilmiş COVID-19 pandemiya hadisəsi xalqları və ölkələri gözlənilməz bəlaya düçar edib. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaradıb. Eyni zamanda, dövlətimizin başçısının böyük səyləri nəticəsində ölkəmizdə bu çətin şəraitdə normal həyat ritmləri də təmin edilib. Prezident İlham Əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurub. Ölkəmizin Prezidenti koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı və həmrəyliyi vasitəsilə qlobal böhrana qarşı birgə mübarizə aparmağın nümunəsini göstərir. Türkdilli dövlət başçılarının və Qoşulmama Hərəkatı ölkələrinin, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri, Dünya Bankı rəsmilərinin iştirakı ilə Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində keçirilən onlayn videokonfranslar beynəlxalq aləmdə böyük əks-səda doğurub, yüksək rəğbətlə qarşılanıb. Bütün bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə pandemiya ilə mübarizə aparmağın Azərbaycan örnəkləridir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli söyləyib. Akademik bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının təşkil edilməsinə beynəlxalq birlik tərəfindən dəstək verilməsi müstəqil dövlətimizin həyatında çox əlamətdar hadisədir. Bu, müstəqillik dövrü Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindən biri, dövlətçiliyimizin və diplomatiyamızın real təntənəsidir, hər bir Azərbaycan vətəndaşı üçün sözün böyük mənasında qürurverici tarixi hadisədir. Beynəlxalq miqyasda və ölkə daxilində dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə ölkə rəhbəri, həmçinin pandemiya dövrünün tələblərinə ciddi surətdə əməl etməyin əsl nümunəsini göstərir. Dövlətimizin başçısı ölkəmizin paytaxtı Bakı şəhərində və regionlarda keçirdiyi, iştirak etdiyi bütün tədbirlərdə özü şəxsən maskadan istifadə etməklə, sosial məsafə gözləməklə bu işin məsuliyyətini və əhəmiyyətini əyani surətdə nümayiş etdirir. Prezidentin pandemiya dövrünün tələblərinə bu qədər ciddi surətdə və yüksək səviyyədə əməl etmək nümunəsi göstərməsi hər bir Azərbaycan vətəndaşı üçün ibrətamiz dərsdir.

“"Prezident İlham Əliyevin koronavirusla mübarizə dövründə ən müxtəlif tədbirlərdə bu qlobal bəla ilə mübarizə üçün Azərbaycan xalqına etdiyi müraciətlər, irəli sürdüyü tələblər, verdiyi tövsiyələr pandemiya dövrünün dövlət səviyyəsində həyata keçirilən böyük maarifçilik işi kimi yüksək qiymətə malikdir. Bunlar dövlətinə və ölkəsinə ürəkdən bağlı olan görkəmli bir dövlət xadiminin doğma xalqını ehtimal oluna biləcək bəlalardan xilas etmək, vətəndaşların sağlamlığını qorumaq, respublikamızın normal həyat ahəngini təmin etmək baxımından atdığı böyük tarixi addımlar kimi xüsusi əhəmiyyətə malikdir. Dünya ölkələri və o cümlədən də Azərbaycan üçün koronavirusla mübarizənin çətin imtahanlarının olduğu indiki məsuliyyətli günlərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət, dövlətimizin başçısı kimi göstərdiyi şəxsi nümunə hər bir vətəndaş üçün ibrətamiz bir örnək olmaqla bərabər, həm də ciddi bir çağırışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi böyük siyasəti ürəkdən dəstəkləməklə bərabər, həm də dövlət rəhbərimizin çağırışlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Hər zaman olduğu kimi, koronavirusla mübarizə dövründə də Prezident–Xalq birliyinə növbəti ehtiramımızın və şəxsi töhfəmizin ifadəsi olacaq. Prezident İlham Əliyevin dünyada və ölkəmizdə göstərdiyi parlaq nümunə və Azərbaycan xalqının mənəvi məsuliyyəti koronavirusla mübarizdən qalib çıxmağın real düsturudur”, - deyə akademik İsa Həbibbəyli bildirib.

  • Paylaş: