Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İslamşünas alim Sədrəddin Bəlağinin “Quran hekayətləri” kitabı işıq üzü görüb
30.06.2020 12:55
  • A-
  • A
  • A+

İslamşünas alim Sədrəddin Bəlağinin “Quran hekayətləri” kitabı işıq üzü görüb

AMEA-nın Əlyazmalar İnstitutu tərəfindən tanınmış islamşünas alim Sədrəddin Bəlağinin “Quran hekayətləri” əsəri çap olunub.

Əsərini farscadan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu tərcümə edib. Vəsaiti tərtib edən və nəşrə hazırlayan Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur. Nəşrin elmi redaktoru həmin müəssisənin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyyə Əbilova, tərcümə işinin redaktoru isə böyük elmi işçi Rauf Şeyxzamanlıdır. Kitabın korrektorları Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Cabbarzadə və Sevinc Rzayevadır.

İki hissədən ibarət olan kitab müqəddəs Qurandakı bir sıra mətləblərə yığcam şəkildə, sadə dillə aydınlıq gətirmək məqsədilə qələmə alınıb. Müəllif birinci hissədə peyğəmbərlərin başlarına gələn əhvalatları yüksək ustalıqla, təsirli hekayətlər şəklində nəql edib. Hər bir hekayətin başlanğıcında onun Qurani-Kərimin hansı surəsindən götürüldüyü qeyd olunub və ayələrin sıra sayları ilə göstərilib.

Nəşrin “Lüğət” başlıqlı ikinci hissəsində Quranda adları çəkilmiş peyğəmbərlər, hekayətlərdəki ayrı-ayrı surətlər, dini məfhum və anlayışların mahiyyəti haqqında məlumatlar və bir çox Quran ayələrinin izahları verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: