Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb
29.06.2020 10:41
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başlayıb.

Karantin rejiminin tələblərinə uyğun olaraq, onlayn formatda təşkil edilən imtahanların birincisi "Radiasiya materialşünaslığı" ixtisası üzrə Spektrometrik və dozimetrik cihazlar və onları xarakterizə edən kəmiyyətlər və radiasiya təhlükəsizliyi fənnindən keçirilib.

Qeyd edək ki, magistrantların yay imtahan sessiyasının növbəti imtahanları müvafiq olaraq iyulun 3-də Yarımkeçiricilərin radiasiya fizikası, iyulun 6-da Bərk cisimlərin fiziki xassələrinin ölçmə metodları və iyulun 10-da Radiasiya qeydedici cihazların əsasları fənlərindən olmaqla onlayn formatda keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: