www.science.az
18.11.2013 00:00

AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi

AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

 

Tədbirdə institutun Elmi şurasının üzvləri və gənc əməkdaşları iştirak edirdilər.

 

Tədbiri giriş sözü ilə açan institutun direktoru, millət vəkili, h.ü.f.d. Aytən Mustafayeva AMEA Rəyasət Heyətinin Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qəbul olunmuş qərarı haqqında məlumat verdi. Gənclərin potensialının inkişaf etdirilməsinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının strateji hədəflərindən biri olduğunu qeyd edən A.Mustafayeva ölkəmizdə biliklər cəmiyyətinin qurulmasının innovativ təfəkkürlü intellektual gənclik qarşısında yeni tələblər irəli sürdüyünü vurğuladı. A.Mustafayeva onu da qeyd etdi ki, hazırda institutda 25-dən yuxarı gənc alim çalışır və onların elmi fəaliyyətlərinin əsas nəticələri xarici və yerli jurnallarda çap olunur. O bildirdi ki, institutun gənc alimlərinin xaricdə təcrübə mübadiləsi keçməsi işlərinə də başlanılıb.

 

Sonra iclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.

 

İdarə heyətinin tərkibi 4 nəfərdən ibarət olmaqla Şuranın sədri b.e.i. A.Əhmədov, müavini e.i. A.Qurbanova seçildilər.

 

Sonda Gənc alim və mütəxəssislər şurasının sədri A.Əhmədov son illər dövlət tərəfindən Azərbaycan elminə göstərilən qayğını yüksək qiymətləndirdi, Azərbaycanın gənclər siyasətinin uğurla davam etdiyini bildirdi.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.