Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfransda iştirak edib
26.06.2020 13:02
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfransda iştirak edib

AMEA-nın Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Simuzər Mamedova Yunanıstanın Tessaliy Universiteti tərəfindən təşkil olunan beynəlxalq konfransda iştirak edib.

Onlayn formatda keçirilən “İnsan fəaliyyətinin su, karbon və ekoloji izləri” mövzusunda beynəlxalq konfransın məqsədi təbiətdə su dövriyyəsi prosesində rast gəlinən bütün problemlərin tədqiqi ilə məşğul olan elm adamlarını bir araya gətirməkdir.

Hidravlika, hidrologiya, su resursları sistemlərinin idarə olunması, iqlim dəyişikliyi və ətraf mühit ilə əlaqəli mövzular ətrafında geniş müzakirələrin aparıldığı konfransda gənc alim S.Mamedova “Azərbaycan ərazisindəki təsərrüfatda və vəhşi heyvanlarda olan “Cryptosporidium spp infeksiyaları” mövzusunda məruzə ilə çıxış edib.

Xatırladaq ki, konfrans işini iyunun 27-də başa çatdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: