Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Geologiya və Geofizika İnstitutu fəlakət risklərinin azaldılması üzrə tədbirdə təmsil olunub
26.06.2020 13:09
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu fəlakət risklərinin azaldılması üzrə tədbirdə təmsil olunub

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “Fəlakət risklərinin azaldılması üzrə Senday çərçivə sənədinə dair Milli Strategiyanın yaradılması” ilə bağlı əlaqələndirmə qrupunun ilk onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev də iştirak edib.

Onlayn toplantı zamanı Senday çərçivə proqramına dair veb-sayt təqdim olunub və saytın resursları haqqında geniş məlumat verilib.

İclasda 2020-2030-cu illər üçün fəlakət riskinin azaldılması üzrə Senday proqramına uyğun olaraq bütün səviyyələrdə vahid fəlakət risk idarəçiliyinin işlənib hazırlanması və həyata keçirilməsi, fəlakətlərə qarşı dayanıqlıq istiqamətlərində vahid siyasət və planların qəbul edilməsinə dair müxtəlif suallar cavablandırılıb, təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: