Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb
25.06.2020 11:39
  • A-
  • A
  • A+

Botanika İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb

AMEA-nın Botanika İnstitutunda təhsil alan magistrantların yay imtahan sessiyasına start verilib. Ölkə ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı imtahanlar "Zoom" platforması üzərindən həyata keçirilir.

İlk olaraq magistrantlar "Göbələk genetikası", "Ekoloji mikrobiologiya", "Akvakultura" və "Ekologiyada riyazi modelləşdirmə" fənnləri üzrə imtahan veriblər.

Növbəti günlərdə "Mikologiya", "Bitki fiziologiyası" və "Botanika" ixtisasları üzrə digər fənnlərdən də imtahanlar keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: