Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan musiqi tarixi” adlı çoxcildliyin V cildi işıq üzü görüb
25.06.2020 11:51
  • A-
  • A
  • A+

“Azərbaycan musiqi tarixi” adlı çoxcildliyin V cildi işıq üzü görüb

Gör­kəm­li mu­si­qi­şü­nas-alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun (Mİİ) Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, akademik Zemfira Səfərova və onun rəh­bər­lik et­di­yi İş­çi qrup tərəfindən “Azərbaycanın musiqi tarixi” adlı çoxcildliyin V cildi tamamlanıb və işıq üzü görüb. Akademik Z.Səfərova, həmçinin əsərin ide­ya mü­əl­li­fi və el­mi re­dak­to­ru, re­dak­si­ya şu­ra­sı­nın səd­ri və bir çox hissələrinin müəllifidir.

Qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin əsas qolu hesab edilən musiqimizin tarixi köklərinin araşdırılması və onun gələcək nəsillərə çatdırılması məqsədini daşıyan kitabın ərsəyə gəlməsində Mİİ-nin Mu­si­qi ta­ri­xi və nə­zə­riy­yə­si şö­bə­si­nin alim­lə­ri və bir sıra mu­si­qi­şü­nas­lar yaxından iştirak edib. Əsər uzu­n il­lər aparılan təd­qi­qatlar əsa­sın­da hazırlanıb.

Bu cild­də ya­ra­dı­cı­lıq­la­rı əsa­sən müs­tə­qil­lik il­lə­rin­də tə­şək­kül tap­mış bəs­tə­kar­lar nəs­li­nin görkəmli nü­ma­yə­n­də­lə­ri­ – Fərəc Qa­ra­yev, Firəngiz Əli­za­də, Aydın Əzi­mov, Vaqif Mus­ta­fa­za­də, Polad Bülbüloğlu, Azər Dadaşov, İsmayıl Hacıbəyov, Oqtay Rəcəbov, Cavanşir Quliyev, Afaq Cəfərova, Rəhilə Həsənova və di­gər­lə­ri­nin sə­nət yo­lu və əsər­lə­ri xronoloji ardıcıllıqla təh­lil edil­ib. Həm­çi­nin müs­tə­qil­lik döv­rün­də Azər­bay­ca­nın mu­si­qi hə­ya­tın­da baş ve­rən ye­ni­lik­lər, Azər­bay­can mu­si­qi­si­nin bey­nəl­xalq əla­qə­lə­ri, caz və  ki­no mu­si­qi­si­nin özəl­lik­lə­ri təd­qi­q edilib.

Kitabda yer alan bir sıra bəstəkarların yaradıcılığı ilk dəfədir ki, hərtərəfli araşdırmaya cəlb edilib.

Yeni nəşr apa­rı­lan cid­di təd­qiqat­la­ra əsas­la­nan ma­te­ri­al­la­rı ilə gə­lə­cək el­mi araş­dır­ma­la­ra yol açır, Azər­bay­can mu­si­qi­si­nin, bəs­tə­kar ya­ra­dı­cı­lı­ğı­nın, ifa­çı­la­rı­nın ta­nın­ma­sı­na və öy­rə­nil­mə­si­nə xid­mət edir.

Qeyd edək ki, “Azər­bay­can mu­si­qi ta­ri­xi” kitabının aka­de­mik nəş­ri mu­siqi ta­ri­ximiz­də ilk də­fə­dir ki, hə­ya­ta ke­çi­ri­lir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: