Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Magistrantlar dissertasiya işlərini uğurla müdafiə ediblər
25.06.2020 10:16
  • A-
  • A
  • A+

Magistrantlar dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) və Botanika İnstitutunun II kurs magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və aidiyyəti üzrə şəxslər iştirak ediblər.

Əvvəlcə çıxış edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov akademiyanın magistrantlarının fəaliyyətini yüksək qiymətləndirib, onları gələcəkdə elmi tədqiqatlarını davam etdirməyə səsləyib.

Sonra magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın sədri, professor Səftər Süleymanov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Şuranın elmi katibi, MBBİ-nin Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova magistrantların dissertasiya mövzularını diqqətə çatdırıb.

Müdafiədə MBBİ-nin “Molekulyar biologiya” ixtisasında Azərbaycan bölməsi üzrə 3, rus bölməsi üzrə 1, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 1 və Botanika İnstitutunun “Bitki fiziologiyası” ixtisası üzrə 1 nəfər magistrantı dissertasiya işini müzakirəyə təqdim edib. Hər bir dissertasiya mövzusu ilə bağlı geniş müzakirələr aparılıb.

Sonda səsvermə keçirilib və dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən, magistrantlara magistrlik dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: