Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fəlakət risklərinin azaldılması üzrə Senday çərçivə sənədinə dair Milli Strategiyanın yaradılması ilə bağlı müzakirələr aparılıb
25.06.2020 09:59
  • A-
  • A
  • A+

Fəlakət risklərinin azaldılması üzrə Senday çərçivə sənədinə dair Milli Strategiyanın yaradılması ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşəbbüsü ilə iyunun 24-də “Fəlakət risklərinin azaldılması üzrə Senday çərçivə sənədinə dair Milli Strategiyanın yaradılması” ilə bağlı əlaqələndirmə qrupunun onlayn iclası keçirilib.

İclasda bir sıra dövlət qrumları və nazirliklərin nümayəndələri, eləcə də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli iştirak edib.

Senday çərçivə sənədinə dair Milli Strategiyanın yaradılması və hazırlanma mərhələlərinin müzakirə edildiyi iclasda dünya ölkələri üzrə fəlakətlərə dair məlumatların yerləşdirildiyi veb-sayt təqdim edilib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən bir sıra təkliflər səsləndirilib.

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli onlayn iclasda çıxış edərək sözügedən milli strategiyanın hazırlanmasında iştirak edən dövlət qurumlarının birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. O, FHN ilə RSXM arasında birgə işlərin aparıldığını deyərək, əlaqələndirmə qrupunda təmsil olunan digər dövlət qurumlarının da birgə əməkdaşlığa cəlb olunmasının zəruriliyini vurğulayıb.

İclasda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: