Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutu magistrantlarının yay imtahan sessiyası onlayn formada keçirilib
25.06.2020 09:43
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutu magistrantlarının yay imtahan sessiyası onlayn formada keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun magistrantları “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər.

Onlayn formada təşkil olunmuş imtahanda 8 magistrant “Elmi tədqiqatların əsasları” fənnindən öz biliyini sınayıb.

Qeyd edək ki, “Veb-proqramlaşdırma dilləri”, “İntellektual sistemlər”, “Kriptoqrafiya”, “Kompüter şəbəkələrinin təhlükəsizliyi” fənlərindən imtahanların isə müvafiq olaraq 25 iyun, 6 iyul və 10 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: