www.science.az
25.06.2020 09:35

Hind okeanında yeni qitə formalaşır

Fransa və Avstraliya geoloqları Hind okeanında yeni qitə formalaşdığını hesab edirlər. Antarktida yaxınlığında yerləşən Kergelen arxipelaqının adalarında cinslərin tərkibini öyrənən alimlər qabığın üst qatında qranit maqması aşkar ediblər. Bu isə, hələ milyonlarla il ərzində formalaşacaq yeni qitənin yaranmasını sübut edir.

poisknews.ru saytının məlumatına görə, alimlər bildirirlər ki, bu üsulla kontinental qabıq yalnız subduksiya (qitələrin və okeanların sərhədlərində) zonalarında deyil, həm də bilavasitə okeanların mərkəzində yarana bilər.