Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib
24.06.2020 14:12
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib

AMEA-nın akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda təhsil alan II kurs magistrantların magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.

Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun sədrliyi ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.

İclasda “Landşaftşünaslıq”  ixtisası üzrə Yeganə İbadlı “Lənkəran təbii vilayəti landşaftlarına antropogen təsirlərin ekoloji qiymətləndirilməsi” və “Fiziki okeanologiya” ixtisası üzrə İradə Əhlimanova “Xəzər dənizinin səviyyə tərəddüdlərinin Qızılağac körfəzinin hidrometeoroloji şəraitinə təsirinin tədqiqi” mövzularında disertasiya işlərini təqdim ediblər.

Müzakirələrdən sonra dissertasiya işləri qiymətləndirilib. Nəticələrə əsasən magistrantlara magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: