Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq konfransda iştirak ediblər
23.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq konfransda iştirak ediblər

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq konfransda iştirak ediblər. Geologiya-minerologiya üzrə fəlsəfə doktorları Məlahət Əfəndiyeva və Gülxar İsmayılova, həmçinin kiçik elmi işçi Rəqsanə Əsgərova Turin şəhərində təşkil olunmuş Aralıq Dənizinin Neogen Stratiqrafiyasının Regional Komitəsinin “Messinian duzluluq böhranı: geologiya və geobiologiya üzrə” adlı beynəlxalq konfransda çıxış ediblər. Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, İtaliya və digər Avropa ölkələrindən olan alimlərin də çıxış etdiyi tədbirdə Alp dağları ərazisində yerləşən müxtəlif regionların stratiqrafiya, paleontologiya, litologiya və palecoğrafiyasına dair məruzələr dinlənilib. Yer elmlərinin müxtəlif istiqamətlərində əldə olunmuş yeni nailiyyətlər haqqında məlumatlar verilib. 

M.Əfəndiyeva “Azərbaycan ərazisində mövcud olan maykop paleohövzəsinin paleocoğrafiyası haqında yeni məlumatlar”, G.İsmayılova “Cənubi-Xəzər hövzəsinin dərinliklərində pliosen kollektorlarının formalaşdırma və qorunma xüsusiyyətləri”, R.Əsgərova isə “Aşağı Kür çökəkliyi ərazisində liqoloji-stratiqrafik tipin neft-qaz yataqları və struktur cəhətlərinin xüsusiyyətləri (modellər əsasında)” mövzusunda məruzələrlə çıxış ediblər. Konfransın sonunda Messin duzluluq böhranı müddətində formalaşan və İtaliyanın şimal-qərbində yerləşən Pemondsk hövzəsinin geoloji sahələrinə ekspedisiya təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: