Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İqtisad elmləri üzrə Elmi şuranın iclasında 17 dissertasiya mövzusunun müzakirəsi aparılıb
19.06.2020 11:05
  • A-
  • A
  • A+

İqtisad elmləri üzrə Elmi şuranın iclasında 17 dissertasiya mövzusunun müzakirəsi aparılıb

İyunun 18-də AMEA-nın İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad elmləri üzrə Elmi şuranın onlayn rejimdə növbəti iclası keçirilib.

Elmi şuranın sədri, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun sədrliyi ilə baş tutan iclasda şuraya təqdim olunmuş dissertasiya mövzularına baxılıb. 

Şuranın elmi katibi, i.f.d., dosent Samirə Əhmədova bildirib ki, bugünkü iclasda İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlarının mövzuları müzakirə olunacaq.

Daha sonra 17 dissertasiya mövzusu ətrafında fikir mübadiləsi aparılıb, redaktə xarakterli dəyişikliklərdən sonra mövzular təsdiqlənib. Bir neçə iş isə ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: