Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aşqarlar Kimyası İnstitutu alimlərinin məqalələri impakt faktorlu jurnallarda dərc olunub
19.06.2020 09:32
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu alimlərinin məqalələri impakt faktorlu jurnallarda dərc olunub

Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının 2020-ci il üzrə yarımillik fəaliyyəti haqqında müəssisənin Patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyasının müdiri, k.ü.f.d. Minaxanım Musayeva məlumat verib. Hesabat dövrünün böyük hissəsinin koronavirus pandemiyası ilə əlaqədar karantin dövrünə təsadüf etdiyini söyləyən M.Musayeva bildirib ki, bu müddətdə institut əməkdaşlarının müxtəlif elmi jurnallarda 5-i respublika, 11-i xarici jurnalda olmaqla 16 məqaləsi dərc olunub: “Bu məqalələrdən 8-i impakt faktorlu jurnallardadır. Həmin əsərlərə dünya alimlərinin etdiyi istinadların sayı 124 təşkil edib”.

M.Musayeva qeyd edib ki, hesabat dövründə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 5 ixtiraya dair iddia sifarişi göndərilib, ixtiranın dərci üçün 5 müsbət qərar alınıb.

Laboratoriya rəhbərinin sözlərinə görə, ekspertizadan 30-dan artıq elmi material keçirilib, institut əməkdaşlarının bir sıra konfranslarda iştirakı təmin edilib: “Əməkdaşlar 6 respublika konfransına 39, 1 xarici konfransa isə 1 tezis təqdim ediblər. İnstitutun gəncləri Bakı Ali Neft Məktəbi və Sumqayt Dövlət Universitetinin keçirdiyi onlayn konfranslarda da fəal iştirak ediblər”.

Alim, həmçinin vurğulayıb ki, bu ilin I yarısında 93 məqalə tərtib olunaraq “Vikipediya” açıq ensiklopediyasında yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: