Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Astronomlar Marsın atmosferində oksigen işıqlanması qeydə alıblar
18.06.2020 11:34
  • A-
  • A
  • A+

Astronomlar Marsın atmosferində oksigen işıqlanması qeydə alıblar

Alimlər Marsın atmosferində yaşıl parıltı qeydə alıblar. Karbon qazından oksigenin atomlarını azad edən belə hadisə günəş işığından yaranır. Astronomlar bildirirlər ki, bu, belə işıqlanmanın Yer kürəsindən kənarda müşahidə edildiyi ilk hadisədir.

popmech.ru saytının məlumatına görə, Mars üzərində bu cür parıltı ilk dəfə 40 il əvvəl müşahidə edilib. Lakin astronomlar Avropa Kosmik Agentliyi və Roskomosun sayəsində “ExoMars Trace Gas Orbiter (TGO)” adlı orbital aparatının köməyi ilə bu hadisəni təsdiq edə biliblər.

Ötən ilin aprel - dekabr ayları ərzində toplanmış məlumatlara əsasən, alimlər 20-dən 400 kilometrə qədər hündürlükdə yaşıl oksigen işıqlanmasının şahidi olublar.

Bu kəşf Marsda gələcək missiyalar zamanı faydalı ola bilər.

  • Paylaş: