www.science.az
23.10.2014 00:00

I Azərbaycan - Belarus Beynəlxalq konfrasının iştirakçıları AMEA Fizika İnstitutunda olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilmiş I Azərbaycan - Belarus Beynəlxalq konfrasının iştirakçıları - Fondun icraçı direktoru Elçin Babayev, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun icraçı direktoru, akademikValentin Orloviç, Belarus Milli Elmlər Akademiyasının (BMEA) müxbir üzvüSergey Qaponenko, Belarus Dövlət İnformatika və Radiotexnika Universiteti “Mikro və nanoelektronika” kafedrasının dosenti, texnika elmləri üzrə fəlsəfə doktoruViktor Stempetçki və BMEA tabeliyində olan institutların gənc alim və mütəxəssisləri AMEA Fizika İnstitutunda olublar.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun layihələri çərçivəsində alınmış cihazlarla tanış edib.

Görüşdə Azərbaycan-Belarus dövlətləri arasında birlikdə elmi layihələrin həyata keçirilməsi, müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələrin aparılması haqqında razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.