Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev TÜRKPA komissiyasının onlayn iclasında iştirak edib
18.06.2020 11:09
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev TÜRKPA komissiyasının onlayn iclasında iştirak edib

TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda onlayn videokonfransı keçirilib.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupovun dəvəti ilə sözügedən konfransda iştirak edib. O, onlayn tədbirdə “Türk dövlətlərində COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması (Azərbaycan və Orta Asiya timsalında)” mövzusunda məruzə ilə çıxış edib. 

Konfransda COVID-19 pandemiyası zamanı TÜRKPA-ya üzv ölkələrdə su ehtiyatlarının düzgün qiymətləndirilməsi, su ehtiyatlarının və balansın elektron idarə olunması, üzv ölkələrin milli qanunvericiliyinin əsas prinsiplərinin öyrənilməsi, enerji resurslarından səmərəli istifadə edilməsi məsələləri müzakirə olunub. 

Videokonfransda təşkilata üzv ölkələrin parlamentlərindən və Özbəkistandan olan millət vəkilləri ilə yanaşı, üzv ölkələrin müvafiq nazirlik və qurumlarından olan ekspertlər, həmçinin BMT-nin İnkişaf Proqramı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə nümayəndəliyinin səlahiyyətli əməkdaşları da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: