Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri onlayn beynəlxalq konfransda iştirak ediblər
17.06.2020 16:21
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri onlayn beynəlxalq konfransda iştirak ediblər

Ukraynanın Kamenets-Podolski şəhərində “Üzvi və qeyri-üzvi materiallarda elektron proseslər” adlı XII beynəlxalq onlayn konfrans (ICEPOM-12) keçirilib.

Tədbir Taras Şevçenko adına Kiyev Dövlət Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının Fizika İnstitutu və İvan Oqienko adına Kamenets-Podolski Milli Universitetinin təşkilatçılığı ilə baş tutub.

Konfransa AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və institutun aparıcı elmi işçisi, k.ü.f.d. Samirə İmaməliyeva da onlayn şəkildə qoşulublar. Azərbaycanlı alimlər topoloji izolyatorlar və yarımkeçirici materialşünaslıq üzrə məruzə ilə çıxış edib, sertifikata layiq görülüblər.

Beynəlxalq tədbirdə ümumilikdə 22 elmi məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: