Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.06.2020 10:39
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunun direktoru TÜRKPA komissiyasının onlayn iclasında təqdimatla çıxış edib

Genetik Ehtiyatlar İnstitutunun direktoru TÜRKPA komissiyasının onlayn iclasında təqdimatla çıxış edib

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda onlayn videokonfransında iştirak edib.

Onlayn iclasa TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov sədrlik edib.

Tədbir “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi” üzrə iki sessiyadan ibarət olub.

İlk sessiyada üzv ölkələrdən ekspertlər təqdimatlar ediblər, həmçinin COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması ilə bağlı təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər müzakirə olunub. İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik və beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

İkinci sessiyada üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin uyğunlaşdırılması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə ediblər.

Videokonfransda təşkilata üzv ölkələrin parlamentlərindən və Özbəkistandan olan millət vəkilləri ilə yanaşı, üzv ölkələrin müvafiq nazirlik və qurumlarından, həmçinin beynəlxalq təşkilatlardan olan ekspertlər də iştirak ediblər.

AMEA-nın müxbir üzvü Z.Əkpərov konfransda təqdimatla çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: