Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 3-cü müsabiqəsini elan etdi
12.11.2014 00:00
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 3-cü müsabiqəsini elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə 2014-cü ildə gənc alim və mütəxəssislərin 3-cü müsabiqəsini elan edib.

Müsabiqə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən və 2011-2013-cü illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci və 2-ci müsabiqələrinin uğurları nəzərə alınaraq elan edilib.

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin maliyələşdirilməsinin cəmi həcmi 500000 (beş yüz min) manat nəzərdə tutulub.

Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental - tətbiqi, axtarış-innovasiya xarakterli və xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyələşdirilməsini nəzərdə tutur.

Müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələri 2015-ci ilin birinci yarımilində açıqlanacaq.

Qeyd edək ki, müsabiqədə yalnız 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər.

Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: