Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Türkiyədə təcrübə kursuna göndərilib
11.11.2014 00:00
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Türkiyədə təcrübə kursuna göndərilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, institutun Gənc alim və mütəxəssislər şurasının və Tovuz Arxeoloji Ekspedisiyasının üzvü Valeh Ələkbərov Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı”na əsasən Türkiyənin İstanbul Universitetinin “Prehistoriya və Anabilim Dalı” fakültəsinin Arxeologiya bölməsinə 6 aylıq qısa müddətli təcrübəyə göndərilib. O, dissertasiyasının mövzusu ilə əlaqədar olaraq İstanbul Universiteti “Prehistoriya bölməsi”nin professoru Necmi Karul və universitetin “Eski Çağ” şöbəsinin alimi Erkan Konyarın nəzarəti altında İstanbuldakı Arxeologiya institutlarında laboratoriya işlərində əyani olaraq işləyəcəkdir. Həmçinin İstanbulda fəaliyyət göstərən “Alman Arxeologiya İnstitutu”, “Fransız Araşdırmalar İnstitutu”, “Anadolu Mədəniyyətlərinin Araşdırılması ilə məşğul olan İnstitut” və digər beynəlxalq kitabxanalarda Qərb ədəbiyyatının arxeologiya ilə bağlı son dövrlərdə nəşr edilmiş kitablar yeni elmi baxışlara yiyələnəcəkdir.

Universitetin digər mütəxəssisləri professor Mehmet Özdoğan, yardımçı dosent Eylem Özdoğan və digər mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi əsasında yeni bir araşdırma mövzusu tədqiq olunacaq. V.Ələkbərov “İstanbul Arxeologiya Muzeyi”, “Diyarbakır Muzeyi”, “Ankara Anadolu mədəniyyətləri Muzeyi”, “Van Muzeyi”, “Erzurum Muzeyi” kimi Türkiyə muzeylərindəki neolit və eneolit dövrünə aid məskənlərdən aşkarlanmış keramika nümunələri üzərində araşdırmalar aparacaq, konfrans və seminarlarda iştirak edəcəkdir. Gənc alim, həmçinin Cənubi Qafqazın neolit və eneolit dövrü ilə bağlı təcrübi bilikləri əsasında 6 ay müddətində Universitetin müəllim və tələbə heyəti qarşısında seminarlar və mühazirələr aparacaqdır.

Xatırladaq ki, V.Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsinin (EİF-Mob-3-2013-6(12)) qalibi olaraq “Arxeologiya elm sahəsi üzrə və qazıntılardan aşkar olunmuş materialların elmi ekspozisiyasının təşkil olunması istiqamətində yeni biliklərin əldə olunması məqsədilə qısamüddətli təcrübə keçmək” adlı layihə çərçivəsində 11 – 31 mart 2014-cü il tarixində Yaponiyanın Tokyo Universiteti və universitet nəzdindəki muzeydə 3 həftəlik qısa müddətli təcrübədə də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir
  • Paylaş: