Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Proqram mühəndisliyinin əsasları” adlı kitab nəşr olunub
09.06.2020 15:33
  • A-
  • A
  • A+

“Proqram mühəndisliyinin əsasları” adlı kitab nəşr olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Tamilla Bayramovanın müəllifi olduğu “Proqram mühəndisliyinin əsasları” kitabı işıq üzü görüb.

İnstitutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımovun elmi redaktorluğu ilə çap olunan kitabda proqram mühəndisliyinin inkişaf tarixi və əsasları haqqında məlumat verilib. Nəşrdə proqram təminatının həyat dövrünün mərhələləri, işlənilmə modelləri araşdırılıb, keyfiyyətli proqram təminatının işlənilməsi üçün insan amilinin rolu və bu məqsədlə yaradılmış komandanın təşkili modelləri təhlil edilib.

Kitabda, həmçinin proqram təminatının müasir işlənilmə metodologiyaları, verifikasiya və validasiya metodları haqqında məlumat verilib. Proqram mühəndisliyi sahəsində mövcud olan standartlar və onların tətbiq sahələri araşdırılıb.

Vəsait ali təhsil müəssisələrinin müəllimləri, tələbələri, eləcə də informasiya texnologiyaları üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: