Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub
09.06.2020 12:23
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, həmin institutun laboratoriya müdiri, professor Mirsəlim ƏsədovFizika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Solmaz Mustafayeva və Rusiya Elmlər Akademiyasının Valiyev adına Fizika və Texnologiya İnstitutunun alimi V.Lukiçevin həmmüəllifi olduqları “As2S3–As2Se3-in termodinamik və dielektrik xassələri” adlı məqalə "Rusiya Qeyri-üzvi Kimya” jurnalında dərc olunub.

Məqalədə As2S3–As2Se3 sisteminin termodinamik, kinetik və dielektrik xassələri araşdırılıb. Gibbs sərbəst qarışma enerjisinin As2S3–As2Se3 sisteminin tərkibindən asılılığı hesablanıb. Nəzəri cəhətdən göstərilib ki, As2Se3 əsasında şüşələr As2S3-in 15 mol%-ə qədər konsentrasiyada formalaşır. Həmçinin As2Se3 nümunələrinə əsaslanan şüşə-kristal keçid nöqtəsi izokonversiya modeli çərçivəsində öyrənilib. As2S3–As2Se3-in faza diaqramı termodinamik üsulla approksimasiya edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: