Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Magistr” jurnalının 4-cü nömrəsi nəşr olunub
09.06.2020 11:59
  • A-
  • A
  • A+

“Magistr” jurnalının 4-cü nömrəsi nəşr olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən “Magistr” jurnalının 4-cü nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib.

Bu nömrədə, həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.

Bakalavrların nəzərinə çatdırılır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: