Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Genetik Ehtiyatlar İnstitutunun direktor müavini Böyük Britaniyada elmi ezamiyyətdə olub
11.11.2014 00:00
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunun direktor müavini Böyük Britaniyada elmi ezamiyyətdə olub

AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Böyük Britaniyada elmi ezamiyyətdə olub.

5 günlük ezamiyyət müddətində M.Abbasov Böyük Britaniyanın Genom Analizi Mərkəzində təşkil olunan “Sekvens üsulu ilə genotipləşdirmə - Genotyping by Sequencing (GBS)” adlı beynəlxalq kursda iştirak edib və Avropa Komissiyasının COST proqramının qrantına layiq görülüb.

M.Abbasov Genetik Ehtiyatlar İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində qurulmuş “Genomika” laboratoriyasının imkanları və eləcə də Azərbaycanda genetika və aqrar biotexnologiya sahəsində əldə edilmiş nailiyyətlərlə bağlı məruzə ilə çıxış edib. Beynəlxalq kursda sekvenserlərin iş prinsipi, de novo, re-sekvens, RAD sekvens və GBS üçün kitabxanaların hazırlanması, alınan nəticələrin bioinformatik və statistik analizi üzrə Böyük Britaniya və ABŞ-ın tanınmış alimlərinin mühazirələri dinlənilib.

Kursda Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Polşa, Danimarka, Slovakiya, Serbiya, Portuqaliya və Yunanıstanın aparıcı genom və biotexnologiya mərkəzlərində Yeni Nəsil Sekvenserləri ilə işləyən tədqiqatçılar iştirak ediblər, heyvan və bitkilərin genetik identifikasiyası və genomlarının oxunması üzrə beynəlxalq əməkdaşlığın istiqamətləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: