Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xalq gülüş mədəniyyətinin universal-antropoloji strukturuna həsr edilmiş məqalə “Scopus” bazasına daxil olan jurnalda nəşr olunub
08.06.2020 12:53
  • A-
  • A
  • A+

Xalq gülüş mədəniyyətinin universal-antropoloji strukturuna həsr edilmiş məqalə “Scopus” bazasına daxil olan jurnalda nəşr olunub

AMEA Rəyasət Heyətinin elmi-katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “Xalq gülüş mədəniyyətinin universal-antropoloji strukturu” adlı məqaləsi nüfuzlu “Scopus” elmi bazasında indeksləşmiş “Tənqidi rəylər jurnalı”nda (Journal of Critical Reviews) dərc edilib.

Məqalədə xalq gülüş mədəniyyəti milli mədəniyyət sistemində universal-antropoloji modellərə əsaslanan və daha çox özünü bu modellər vasitəsilə funksionallaşdıran mədəni fenomen kimi araşdırılıb. Müəllif sosial-antropoloji prinsiplərə söykənən nəzəri-metodoloji yanaşma əsasında xalq gülüş mədəniyyəti obrazlarının, o cümlədən Molla Nəsrəddinin etnik-milli və universal-antropoloji olmaqla, iki səviyyə üzrə təhlili modelini təqdim edib. Xalq gülüş qəhrəmanlarının etnik-milli səviyyədə təhlili onun formalaşdığı mədəni mühitin özəllikləri ilə, universal-antropoloji xüsusiyyətləri isə təbiət-mədəniyyət qarşıdurmasına əsaslanan yanaşma ilə izah olunub.

Həmçinin dünyanın tanınmış alimlərindən olan Alan Dandes, Anri Berqson, Ulyam Beskom, Ziqmund Freyd, Azərbaycan alimlərindən - AMEA-nın müxbir üzvü Yaşar Qarayev, akademiklər Muxtar İmanovRafael Hüseynov, professor Rüstəm Kamal və fil.ü.f.d. Hikmət Quliyevin bəhs olunan elmi problemlə bağlı fikir və mülahizələrinə istinad edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: