Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gəncə Bölməsinin əməkdaşı beynəlxalq konfransda çıxış edib
06.06.2020 22:36
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin əməkdaşı beynəlxalq konfransda çıxış edib

İyunun 5-də Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.

Onlayn konfransa dünyanın 10-dan çox ölkəsini təmsil edən 300-dən artıq gənc alim və tədqiqatçı qatılıb.

Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev ulu öndər Heydər Əliyevin elm və təhsilin inkişafına, xüsusilə gənc tədqiqatçılara göstərdiyi diqqət və qayğıdan danışıb. O, gənclərin elmi tədqiqat işlərinə daha geniş cəlb olunmasında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Konfrans işini plenar iclasla davam etdirib. Plenar iclasda AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənovun, Türkiyənin Kafkas Universitetinin Fənn Ədəbiyyat fakültəsinin dosenti İlkin Qulusoyun və Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayevin məruzələri dinlənilib.

Beynəlxalq konfrans işini on iki elmi bölmə üzrə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: